Tural Qurbanov “Borussiya” – “Vilyarreal” matçında!

Azərbaycanlı FİFA hakimi Tural Qurbanov UEFA Gənclər Liqasının 2026/2027-ci illər mövsümünün oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, Tural Qurbanov UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Borussiya” (Dortmund, Almaniya) – “Vilyarreal” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona yan xətt hakimləri Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Almaniyadan olan Cengiz Kabalaklı yerinə yetirəcək.

Qeyd edək ki, UEFA Gənclər Liqasının Liqa yolunun “Borussiya” – “Vilyarreal” matçı sentyabrın 8-də Dortmund şəhərində yerləşən “Dortmund Brakel Təlim Mərkəzi”nin stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: