“Turan Tovuz” meydançaya, MOİK futbolçusuna görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 25 və 26-cı turlarının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

25-ci turun “Sabah-2” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

25-ci turun MOİK – “Sumqayıt-2” oyununda matç gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunub.

25-ci turun “Zaqatala” – “Qaradağ Lökbatan” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

26-cı turun “Neftçi-2” – “Sabah-2” oyununda “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

26-cı turun “Turan Tovuz” – “Zaqatala” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Bu oyunda əsasnaməyə uyğun olaraq meydança sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunub.

26-cı turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Qarabağ”ın futbolçusu Seyxan Fərəcov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib.

26-cı turun “Qaradağ Lökbatan” – MOİK oyununda MOİK-in futbolçusu Hüseyn Hüseynli “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimələnib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: