UEFA Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.

Püşkatmada qrup mərhələsini adlamış 16 komanda iştirak edib. Qrup qalibləri püşkdən öncə “səpələnmişlər”, ikinci yerin sahibləri “səpələnməmişlər” səbətində qərarlaşıb.

“Səpələnməmişlər” qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcəklər. Bu mərhələdə eyni qrupda oynamış, eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzdilər.

Püşk nəticəsində Madrid “Real”ı “Benfika”ya rəqib olubsa, “Bayern” “Atletiko” ilə düşüb. “Mançester Siti” növbəti mərhələyə vəsiqə uğrunda “Vilyarreal”la, “Liverpul” isə “Zalsburq”la mübarizə aparacaq. İtaliya çempionu “İnter” “Ayaks”la, “Yuventus” isə “Sportinq”lə qarşılaşacaq.

Mərhələnin ən maraqlı görüşlərindən biri “Mançester Yunayted”lə PSJ arasında baş tutacaq. Çempionlar Liqasının sonuncu qalibi “Çelsi”ni isə Fransa çempionu “Lill” ilə mübarizə gözləyir.

UEF Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşləri 2022-ci ilin 15-16 və 22-23 fevralında baş tutacaq. Cavab qarşılaşmaları isə 8-9 və 15-16 martda keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 final

Benfika (Portuqaliya) – Real (İspaniya)
Vilyarreal (İspaniya) – Mançester Siti (İngiltərə)
Atletiko (İspaniya) – Bayern (Almaniya)
Zalsburq (Avstriya) – Liverpul (İngiltərə)
İnter (İtaliya) – Ayaks (Niderland)
Sportinq (Portuqaliya) – Yuventus (İtaliya)
PSJ (Fransa) – Mançester Yunayted (İngiltərə)
Çelsi (İngiltərə) – Lill (Fransa)