Futbol üzrə UEFA Çempionlar Liqasında 2022/23 mövsümünə start verilib. Arena.az xəbər verir ki, bu gün ilkin təsnifat mərhələsinin yarımfinal qarşılaşmaları baş tutub.
İlk yarımfinal qarşılaşması San Marinonun “La Fiorita” və Andorranın “İnter” komandaları arasında baş tutub. Oyun Andorra təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “İnter” bu qələbə sayəsində finala yüksəlib.
Digər yarımfinal görüşü Estoniya çempionu “Levadiya” ilə İslandiya “Vikinqur”u arasında baş tutub. İslandiya çempionu rəqibini darmadağın edərək finala yüksəlib.
Beləliklə, qalib gələn komandalar iyunun 24-də finalda üz-üzə gələcəklər. İlkin mərhələnin qalibi olacaq komanda UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yüksələcək və burada İsveç “Malmö”sü ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
İlkin mərhələ, yarımfinal
21 iyun
La Fiorita (San Marino) – İnter (Andorra) 1:2
Levadiya (Estoniya) – Vikinqur (İslandiya) 1:6


