UEFA ilk turun ən yaxşısı adına namizədləri açıqladı

UEFA bu həftə baş tutan avrokubok oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb. Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 4 namizəd var.

UEFA Çempionlar Liqasında namizədlər bunlardır: Cud Bellingem (“Real”, İspaniya), Joao Feliks (“Barselona”, İspaniya), Martin Edeqor (“Arsenal”, İngiltərə), Qaleno (“Portu”, Portuqaliya).

Cud Bellingem “Union Berlin”ə qarşı keçirdikləri ev oyununda (1:0) komandasının yeganə qoluna imza atıb.

Martin Edeqor PSV-ni 4:0 hesabıyla yendikləri qarşılaşmada 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Joao Feliks “Antverpen”i 5:0 hesabıyla yendikləri matçda 2 qol və 1 asist müəllifi olub.

Qaleno da Donetsk “Şaxtyor”u ilə səfər oyunundakı 3:1 hesablı qələbədə dubl və 1 assistlə pay sahibi olub.

Avropa Liqasında namizədlər bunlardır: Ladislav Kreyçi (“Sparta”, Praqa, Çexiya), Adrien Truffer (“Renn”, Fransa), Amin Adli (“Bayer”, Almaniya), Karlos Borges (“Ayaks”, Niderland);

Ladislav Kreyçi Limassol “Aris”inə 3:2 hesabıyla qalib gəldikləri ev oyununda dubla imza atıb.

Adrien Truffer də Hayfa “Makkabi”sinə 3:0 hesabıyla qalib gəldikləri ev oyununda bir qolla pay sahibi olub.

Karlos Borges Marsel “Olimpik”i ilə 3:3 hesablı heç-heçədə 1 qol və 1 assistlə yadda qalıb.

Amin Adli də doğma meydanda “Hakken”i 4:0 hesabıyla yendikləri matçda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Avropa Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər isə bunlardır: Zvonimir Kojul (“Zrinski”, Bosniya və Herseqovina), Ernest Muçi (“Legiya”, Varşava, Polşa), Yakub Pyotrovski (“Ludoqorets”, Bolqarıstan), Luka Ranyeri (“Fiorentina”, İtaliya).

Luka Ranyeri “Genk”lə səfər matçında (2:2) komandasının hər iki qolunun müəllifi olmaqla diqqət mərkəzinə düşüb.

Zvonimir Kojul da “Alkmar” üzərində 4:3 hesablı əzmkar və möhtəşəm qələbədə 2 qol və 1 assistlə pay sahibinə çevrilib.

Yakub Pyotrovski də Trnava “Spartak”ı üzərindəki 4:0 hesablı qələbədə 2 qol və 1 assistlə diqqət mərkəzinə düşüb.

Ernest Muçi isə “Aston Villa”nı 3:2 hesabıyla məğlub etdikləri oyunda dublla yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: