Ukrayna Premyer Liqası: Emil bir hissə, Dmitri 2 dəqiqə oynadı

Bu gün futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 14-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.

Mustafayevin formasını geyindiyi “Polesye” doğma meydanda “Metallist 1925” ilə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib. Emil bu görüşdə komandası 0:1 hesabıyla məğlub durumda olarkən, fasilədən dərhal sonra meydana buraxılıb.

Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda “Vorskla” (Poltava) ilə üz-üzə gəlib. Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan məhsuldar məğlubiyyətlə ayrılıb – 0:1. Dmitri matçın 88-ci dəqiqəsində meydana buraxılıb.

14 turdan sonra “Polesye” 29 xalla 16 iştirakçı arasında 1-ci, “Obolon” isə 13 xalla 13-cü pillədə qərarlaşıb.

“Obolon” Ukrayna Premyer Liqasının 15-ci turu çərçivəsində noyabrın 26-da səfərdə “Aleksandriya” ilə üz-üzə gələcək. “Polesye” isə ayın 24-də Donetsk “Şaxtyor”unun qonağı olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: