Ukrayna Premyer Liqası: Emillə Dmitri üçün bir hissə

Bu gün futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 12-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.

Mustafayevin formasını geyindiyi “Polesye” səfərdə “Zarya” (Luqansk) ilə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib. Emil bu görüşdə fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb.

Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda LNZ (Çerkası) ilə üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3. Dmitri də fasilədən dərhal sonra – 46-cı dəqiqədən etibarən oynamaq şansı qazanıb.

12 turdan sonra “Polesye” 25 xalla 16 iştirakçı arasında 2-ci, “Obolon” isə 12 xalla 12-ci pillədə qərarlaşıb.

“Obolon” Ukrayna Premyer Liqasının 13-cü turu çərçivəsində noyabrın 6-da səfərdə “Rux”la (Lvov) üz-üzə gələcək. “Polesye” isə həmin gün “Krivbas”ı qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: