“Verona”dan əzmkar qələbə

Futbol üzrə İtaliya A Seriyasında 23-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Verona” doğma meydanda “Bolonya” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Lider “İnter” bu turda “Venetsiya”nı qəbul edəcək. “Atalanta” “Latsio”, “Roma” isə “Empoli” səfərinə yollanacaq.

Turun mərkəzi görüşü Milanda olacaq. “Yuventus” burada “Milan”la qarşılaşacaq.

İtaliya A Seriyası
23-cü tur
21 yanvar

Verona – Bolonya 2:1
Qol: Kaprari, 38. Kaliniç, 85 – Orsolini, 14.

22 yanvar

18:00. Cenoa – Udineze
21:00. İnter – Venetsiya
23:45. Latsio – Atalanta

23 yanvar

15:30. Kalyari – Fiorentina
18:00. Napoli – Salernitana
18:00. Spetsiya – Sampdoriya
18:00. Torino – Sassuolo
21:00. Empoli – Roma
23:45. Milan – Yuventus

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: