Xavyer Tebas “Barselona”nın trebl şanslarını dəyərləndirdi

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Barselona”nın cari mövsümdə trebl qazanmaq imkanını qiymətləndirib.

Arena.az AS dərgisinə istinadən, ispan məmurun müvafiq qənaətini təqdim edir:

“Mən təəccüblənmirəm. Uğura, oyunçulara bir ətək pul tökmədən də müvəffəq olmaq mümkündür. “Barselona” Çempionlar Liqasının yarımfinalındadır, La Liqada parlaq oynayır. Onların qeyri-adi dərəcədə qiymətli heyəti var. Onlar trebli qazana da bilərlər, qazanmaya da bilərlər. Mən, “Real”ın beş qənimət ardınca necə getdiyini, nəhayətdə isə heç nə qazanmadığını görmüşəm. Ortada La Liqa var, tezliklə biz İspaniya Kral Kubokunun finalını, həmçinin Çempionlar Liqasının yarımfinalını görəcəyik”, deyə Xavyer Tebas vurğulayıb.

Xatırladaq ki, “Barselona” cari mövsümdə mübarizə apardığı bütün cəbhələrdə uğurla irəliləyir. “Blauqrana” 33 oyundan 76 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir, Çempionlar Liqasının yarımfinalına çıxıb və İspaniya Kral Kubokunun finalına yüksəlib.

Cari ilin yanvar ayında isə “Barselona” 2025-ci il İspaniya Super Kubokunun finalında əzəli rəqibi “Real”ı 5:2 hesabı ilə məğlub edərək, “Hansi” Flikin rəhbərliyi altında ilk qənimətini qazanıb.
Aprelin 26-da “Barselona” trebl qazanmaq məsələsində ilk sınağına çıxacaq. “Blauqrana” İspaniya Kral Kubokunun finalında əzəli rəqibi “Real”la qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: