Yüksək Liqa: 15-ci turun təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 3-cü dövrənin sonuncu – 15-ci turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, mərkəzi oyunu FİFA referiləri idarə edəcəklər. 15-ci turun bütün görüşləri aprelin 24-də “Olimpik Start”da keçiriləcək.

Yüksək Liqa
15-ci tur
24 aprel

Neftçi İK – Baku Fire
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, İmran Məhərrəmov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Yasamal Bakı – Şuşa
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

U-19 – Araz-Naxçıvan
Hakimlər: Rza Məmmədov, Hidayət Feyzullayev, Ramil Namazov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 18:00.