“Səbail” albaniyalı müdafiəçisi Yurgen Qoxa ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Müdafiəçiyə azad agent statusu verilib.
Qoxaya klubun kollektivi adından təşəkkür edilib, gələcək karyerasında ona uğurlar arzulanıb.
Yurgen Qoxa 2021/22 mövsümünün əvvəlindən “dənizçilər”in uğurları üçün çalışırdı. O, “Səbail”in heyətində 20 oyunda meydana çıxıb, 2 qola imza atıb.
Xatırladaq ki, albaniyalı futbolçu “Səbail”dən öncə “Qəbələ”də də forma geyinib. Ötən mövsüm əyalət təmsilçisində 24 matça çıxan müdafiəçi, 2 qolla yadda qalmışdı.


