Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” qapıçıları – Yusif İmanov və Rüstəm Samiqullinlə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Hər iki qolkiperlə imzalanmış yeni anlaşmanın müddəti 2026-cı ilin iyun ayına kimidir.
Xatırladaq ki, Yusif İmanov “Sabah” Futbol Akademiyasının yetirməsidir. Gənc qapıçı 2021/2022 mövsümündən “Sabah”ın əsas komandasına cəlb olunur. O, əsas komandada ümumilikdə 52 oyun keçirib. Yusif Azərbaycanın əsas millisinin üzvüdür.
Rüstəm Samiqullin isə 2021-ci ildən “Sabah”da çıxış edir. Gənc qolkiper Azərbaycanın U-21 millisinin üzvüdür.


