Azərbaycanı 2026/2027-ci illər mövsümündə futbol üzrə Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” sabah növbəti yoxlama oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan Rəşad Sadıqovun komandası Türkiyənin “İğdır” kollektivi ilə qarşılaşacaq.
İyunun 30-da keçiriləcək bu görüşə Bakı vaxtı ilə 18:00-da start veriləcək.
Qeyd edək ki, “Zirə” daha öncə hazırlıq prosesi çərçivəsində Bakıda “Qarabağ”la qarşılaşmış və rəqibinə 3:4 hesabı ilə məğlub olmuşdu. Qəsəbə təmsilçisi Türkiyə toplanışı çərçivəsində də Özbəkistan klubu “Navbahor”la üz-üzə gəlmiş və 1:3 hesabı ilə uduzmuşdu.
Xatırladaq ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu mövsüm Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Qəsəbə təmsilçisi ilk təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) kolletkivi ilə üz-üzə ələcək.


