“Transfermarkt” internet-portalı aralıq yenilənmə əsasında ən bahalı heyətə malik milli komandaların onluğunu açıqlayıb.
Arena.az məlmat verir ki, siyahının zirvəsndə İngiltərə milli yığma komandası yer alıb.
“Üç şir”in heyətinin ümumi dəyəri 1,26 milyard avro məbləğindədir.
Fransa yığması ikinci (1,16 milyard avro), İspaniya yığması isə üçüncü pillədə (1,14 milyard avro) yer alıb. Braziliya millisi də milyardlıq (1,06 milyard avro) heyətə malikdir və siyahının dördüncü sırasında yer alıb. Digər komandaların heyətləri isə milyonluq dəyərə malikdir.
Ən bahalı milli komandaların olnluğunu təqdim edirik:
- İngiltərə yığması – 1,26 milyard avro;
- Fransa yığması – 1,16 milyard avro;
- İspaniya yığması – 1,14 milyard avro;
- Braziliya millisi – 1,06 milyard avro;
- Potuqaliya yığması – 868 milyon avro;
- Niderland yığması – 742,5 milyon avro;
- İtaliya yığması – 688 milyon avro;
- Argentina yığması – 674,7 milyon avro;
- Almaniya yığması – 653 milyon avro;
- Uruqvay yığması – 496,43 milyon avro.


