Premyer Liqada mübarizə aparan klubların ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Araz-Naxçıvan”la “Qəbələ”nin əvəzediciləri arasındakı oyunda qapılara 8 qol vurulub. Yekunda Qəbələnin eyniadlı təmsilçisi darmadağına sevinib.
“Zirə”nin əvəzediciləri isə “Kəpəz”in ikinci komandası ilə ev oyununda tək qolla 3 xala sahib çıxıblar.
Xatırladaq ki, Əvəzedicilər Liqasında 2-ci turun qalan oyunları 14 və 15 avqustda keçiriləcək.
Əvəzedicilər Liqası
2-ci tur
13 avqust
“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 2:6
Qollar: Bayraməli Qurbanov, 72-pen. Rauf Ağasənov, 90 – Hüseyn Mürsəlov, 33; 61. Sənan Ağalarov, 39; 45+1. Xəyyam Məmmədli, 74; 90.
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Binə qəsəbə stadionu, 17:00.
“Zirə-2” – “Kəpəz-2” 1:0
Qol: Tuncay Hacıyev, 61-pen.
Hakimlər: Nicat İsmayıllı, Elman Kərimov, Zakir Şükürzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 18:00.
14 avqust
“Qarabağ-2” – “Turan Tovuz-2”
Hakimlər: Kamranbəy Rahimov, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 17:00.
“Sumqayıt-2” – “Sabah-2”
Hakimlər: Əli Əliyev, Aydın Bəxşiyev, Mirnihat Seyidov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.
15 avqust
“Neftçi-2” – “Səbail-2”
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.


