Futbol üzrə Əvəzedicilər Liqasında 2023/2024 mövsümünün 1-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici komandaları arasında keçirilən Əvəzedicilər Liqasında yeni mövsümə avqustun 5-də keçiriləcək “Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyunu ilə start veriləcək.
“Qarabağ-2” – “Zirə-2” və “Səbail-2” – “Sumqayıt-2” oyunları avqustun 6-na təsadüf edəcək.
“Kəpəz-2” – “Neftçi-2” və “Sabah-2” – “Qəbələ-2” görüşləri isə ayın 7-də keçiriləcək.
Əvəzedicilər Liqası
1-ci tur
5 avqust
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 17:00.
6 avqust
“Qarabağ-2” – “Zirə-2”
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Sevda Nuriyeva, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Binə qəsəbə stadionu, 17:00.
“Səbail-2” – “Sumqayıt-2”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASCO Arena”, 17:00
7 avqust
“Kəpəz-2” – “Neftçi-2”
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Sənan Atayev, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Sabah-2” – “Qəbələ-2”
Hakimlər: Səbuhi Bayramov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 19:00.


