Əvəzedicilər Liqasında 1-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Əvəzedicilər Liqasında 2023/2024 mövsümünün 1-ci turunun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici komandaları arasında təşkil olunacaq bu yarışda mövsümə avqustun 5-də start veriləcək. İlk oyun “Turan Tovuz”la “Araz-Naxçıvan”ın əvəzedici komandaları arasında baş tutacaq. Avqustun 6-da və 7-də isə günə 2 oyun keçiriləcək.

Əvəzedicilər Liqası
1-ci tur
5 avqust

“Turan Tovuz-2” – “Araz Naxçıvan-2”
Tovuz şəhər stadionu, 17:00.

6 avqust

“Qarabağ-2” – “Zirə-2”
Binə qəsəbə stadionu, 17:00.

“Səbail-2” – “Sumqayıt-2”
Bakı. “ASCO Arena”, 17:00.

7 avqust

“Kəpəz-2” – “Neftçi-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Sabah-2” – “Qəbələ-2”
Bakı. “ASK Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: