Əvəzedicilər Liqasında 2-ci turun hakimləri açıqlandı

Premyer Liqada mübarizə aparan klubların ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2-ci turun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Növbəti turun matçları 13-15 avqust aralığında keçiriləcək. Bazar günü və bazar ertəsi iki qarşılaşma baş tutacaq. Turun sonuncu oyun günündə isə bir matçın keçirilməsi nəzərdə tutulub. Bu oyunların hakim təyinatlarını təqdim edirik.

Xatırladaq ki, Əvəzedicilər Liqasında ilk tur “Araz-Naxçıvan”, “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Qəbələ”nin ikinci komandalarının qələbəsiylə yadda qalıb.

Əvəzedicilər Liqası
2-ci tur
13 avqust

“Araz-Naxçıvan-2” – “Qəbələ-2”
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Binə qəsəbə stadionu, 17:00.

“Zirə-2” – “Kəpəz-2”
Hakimlər: Nicat İsmayıllı, Elman Kərimov, Zakir Şükürzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 18:00.

14 avqust

“Qarabağ-2” – “Turan Tovuz-2”
Hakimlər: Kamranbəy Rahimov, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 17:00.

“Sumqayıt-2” – “Sabah-2”
Hakimlər: Əli Əliyev, Aydın Bəxşiyev, Mirnihat Seyidov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.

15 avqust

“Neftçi-2” – “Səbail-2”
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: