Əvəzedicilər Liqasında 2023/2024 mövsümünə start verildi

Bu gün futbol üzrə Əvəzedicilər Liqasında 2023/2024 mövsümünə start verilib. Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici komandaları arasında keçirilən Əvəzedicilər Liqasında mövsümün açılış matçı “Araz-Naxçıvan-2” ilə “Turan Tovuz-2” arasında baş tutub.

Binə qəsəbə stadionunda keçirilən mövsümün ilk matçı Naxçıvan təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Mövsümün ilk qolunu Tuqay Əlizadə vurub.

Xatırladaq ki, “Araz-Naxçıvan”la “Turan Tovuz”un əsas komandaları arasında ötən gün Premyer Liqa çərçivəsində baş tutan oyunda Tovuz təmsilçisi 3:0 hesablı qələbəyə sevinmişdi.

Bu turun “Qarabağ-2” – “Zirə-2” və “Səbail-2” – “Sumqayıt-2” oyunları avqustun 6-na təsadüf edəcək.

“Kəpəz-2” – “Neftçi-2” və “Sabah-2” – “Qəbələ-2” görüşləri isə ayın 7-də keçiriləcək.

Əvəzedicilər Liqası
1-ci tur
5 avqust

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” 2:0
Qollar: Tuqay Əlizadə, 60. Bayraməli Qurbanov, 62.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 17:00.

6 avqust

“Qarabağ-2” – “Zirə-2”
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Sevda Nuriyeva, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Binə qəsəbə stadionu, 17:00.

“Səbail-2” – “Sumqayıt-2”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASCO Arena”, 17:00

7 avqust

“Kəpəz-2” – “Neftçi-2”
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Sənan Atayev, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Sabah-2” – “Qəbələ-2”
Hakimlər: Səbuhi Bayramov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: