Əvəzedicilər Liqasında 3-cü turun oyun cədvəli açıqlandı

Premyer Liqada mübarizə aparan klubların ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 3-cü turun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

3-cü turun matçları 19-21 avqust aralığında keçiriləcək. Şənbə günü bir qarşılaşma baş tutacaq. Turun növbəti oyun günlərində isə iki matçın keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Əvəzedicilər Liqasında ilk tur “Araz-Naxçıvan”, “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Qəbələ”nin ikinci komandalarının qələbəsiylə yadda qalıb.

Əvəzedicilər Liqası
3-cü tur
19 avqust

“Kəpəz-2” – “Turan Tovuz-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

20 avqust

“Qəbələ-2” – “Sumqayıt-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Səbail-2” – “Zirə-2”
Bakı. “ASCO Arena”, 17:00.

21 avqust

“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Binə qəsəbə stadionu, 17:00.

“Sabah-2” – “Neftçi-2”
Bakı. “ASK Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: