Super Liqa: “Beşiktaş” Adanada uduzdu, “Qalatasaray”…

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Beşiktaş” səfərdə Super Liqanın aşkar autsayderi “Adana Dəmirspor”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə yekunlaşıb. Bu, Adana təmsilçisinin cari mövsümdə qazandığı ilk qələbə olub.

Lider və son çempion “Qalatasaray” isə bu turda “Trabzonspor”u qəbul edib. Yeddi qolun vurulduğu turun mərkəzi matçında İstanbul təmsilçisi çətin qələbəyə sevinib.

Beləliklə, 16 turdan sonra 41 xal toplamş “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 35 xalla ikinci, “Samsunspor” 29 xalla üçüncü, “Eyüpspor” 26 xalla dördüncüdür. “Göztəpə” və “Beşiktaş”ın 25, “Başakşəhər”in 22, “Antalyaspor”un 21 xalı var.

Türkiyə, Super Liqa
16-cı tur
13 dekabr

Bodrumspor – Sivasspor 2:0
Qollar: Seferi, 49. Dimitrov, 73.

Kasımpaşa – Eyüpspor 2:0
Qollar: Brekalo, 57. Barak, 82.

14 dekabr

Rizəspor – Konyaspor 1:1
Qollar: Sou, 44 – Aleksiç, 53.

Alanyaspor – Qaziantep 3:0
Qollar: Aliti, 54. Hvanq, 88; 90.

15 dekabr

Hatayspor – Göztəpə 1:1
Qollar: Abubakar, 52 – Romulo, 12-pen.

Antalyaspor – Kayserispor 2:0
Qollar: Van de Strek, 45+1. S.Dikmen, 74.

Fənərbaxça – Başakşəhər 3:1
Qollar: Dzeko, 41. En Nesiri, 74; 90 – Pyontek, 59.

16 dekabr

Adana Dəmirspor – Beşiktaş 2:1
Qollar: Barasi, 31. Aymbetov, 39 – Əl-Musrati, 72.

Qalatasaray – Trabzonspor 4:3
Qollar: Mertens, 8. Y.Akgün, 29. Batşuayi, 63-pen. A.S.Yılmaz, 90+8-öz qapısına – O.Tufan, 17; 55. Banza, 51.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: