Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 18-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Alanyaspor” – “Konyaspor” matçında meydan sahibləri qələbə qazanıblar.
“Rizəspor” – “Beşiktaş” oyununda isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Turun qalan oyunları yanvarın 4-də və 5-də keçiriləcək.
Türkiyə, Super Liqa
18-ci tur
3 yanvar
Alanyaspor – Konyaspor 2:1
Qollar: Makuta, 9. Kordova, 54 – Kramer, 90+6.
Rizəspor – Beşiktaş 1:1
Qollar: J.Fernandes, 38-öz qapısına – E.Muçi, 45+3.
4 yanvar
14:30. Adana Dəmirspor – Başakşəhər
17:00. Antalyaspor – Eyüpspor
20:00. Qalatasaray – Göztəpə
21:00. Samsunspor – Trabzonspor
5 yanvar
14:30. Kasımpaşa – Qaziantep
17:00. Bodrumspor – Kayserispor
20:00. Fənərbaxça – Hatayspor


