Super Liqa: “Beşiktaş”dan “Eyüpspor” üzərində inamlı qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Bodrumspor” doğma meydanda qarşılaşdığı “Hatayspor”u tək qolla üstələyib. Dörd qolun qeydə alındığı “Eyüpspor” – “Beşiktaş” matçı isə qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

25-ci turun qalan görüşləri 22-24 fevral aralığında keçiriləcək.

Türkiyə, Super Liqa
25-ci tur
21 fevral

Bodrumspor – Hatayspor 1:0
Qol: Puşkaş, 41.

Eyüpspor – Beşiktaş 1:3
Qollar: T.Bingöl, 1 – Rafa Silva, 18. Raşiça, 45+2. S.Kılıçsoy, 60.

22 fevral

14:30. Sivasspor – Konyaspor
17:00. Antalyaspor – Kasımpaşa
20:00. Samsunspor – Rizəspor

23 fevral

14:30. Kayserispor – Göztəpə
17:00. Alanyaspor – Adana Dəmirspor
20:00. Trabzonspor – Qaziantep

24 fevral

21:00. Qalatasaray – Fənərbaxça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: