Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi açıqlanıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Real” (İspaniya) – “Çelsi” (İngiltərə) matçı aprelin 27-də Madriddə keçiriləcək. Bu komandalar arasındakı cavab oyunu mayın 4-də, Londonda baş tutacaq.
Yarımfinalın digər matçı – PSJ (Fransa) – “Mançester Siti” qarşılaşması isə aprelin 28-də Parisdə keçiriləcək. Komandalar arasındakı cavab matçı bir həftə sonra – 5 mayda İngiltərədə olacaq.
Yarımfinal qarşılaşmalarının hamısına saat 23:00-da start veriləcək.
Qeyd edək ki, ÇL-in final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.


