Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç UEFA Millətlər Liqasının 1/4 finalının Fransa yığması ilə ilk oyununu (2:0) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, xorvat mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Komandamı bu nəticə münasibətilə təbrik edirəm. Biz yığcam, intizamlı futbol sərgilədik. Hətta qaçırdığımız penaltidən sonra belə, oyunçularım əllərini yanlarına salmadılar. Xorvatiya böyük qələbəyə müvəffəq oldu, amma bir neçə gündən sonra bizi yeni oyun gözləyir”, deyə Daliç ehtiyatı əldən verməyəcəyini başa düşməyə əsas verib.
Komandalar arasındakı cavab oyunu martın 23-də Sen-Denidə baş tutacaq.


