Zlatko Daliç: “Fransa yığması aqressiv olacaq, buna hazırıq”

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç UEFA Millətlər Liqasının 1/4 finalında Fransa ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, xorvat mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Biz oyuna iki top üstünlüyü ilə başlayacağıq, amma biz buna əhəmiyyət verməyəcəyik. Biz ümumi hesabın 0:0 hesabına müvafiq olduğu kimi oynayacağıq. Biz bütün oyun boyu müdafiə oluna bilmərik. Fransa yığmasının aqressiv olacağını, mümkün olduqca erkən qol vuramağa cəhd edəcəyini bilirik, amma biz hazırıq. Biz gərəkli nəticə uğrunda mübarizə aparacağıq.

Əgər biz mərhələni adlamaq istəyiriksə, Splitdə olduğundan daha yaxşı oynamalıyıq. Fransa yığmasına qarşı heç bir komanda favorit deyil, onlar yüksək səviyyəli oyunçulara malikdirlər”, deyə Zlatko Daliç vurğulayıb.

Fransa – Xorvatiya oyunu bu gün, martın 23-də Sen-Denidə keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

Xatırladaq ki, komandalar arasında Splitdə keçirilmiş ilk oyun Xorvatiya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: