Vircil van Deyk: “Pau Kubarsi nəhəng istedada malikdir”

“Liverpul”un niderlandlı futbolçusu Vircil van Deyk, həmkarı, “Barselona”nın 18 yaşlı ispan müdafiəçisi Pau Kubarsini tərifləyib.

Arena.az 33 yaşlı niderlandlı mərkəz müdafiəçisinin müvafiq qənaətini təqdim edir:

“Pau Kubarsi müstəsnadır. Fikrimcə, o, nəhəng istedada malikdir. Pau xüsusi futbolçudur”, deyə Vircil van Deyk vurğulayıb.

Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Kubarsinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 42 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Gənc müdafiəçinin “Barselona” karyerası ümumilikdə 65 oyun, 1 qol və 4 məhsuldar ötürmədən ibarətdir.

Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyun keçirib, 1 məhsudlar ötürmə verib.

Kubarsinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Super Kuboku (2024/2025) İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku, 2024-cü il Olimpiya futbol turnirinin qızıl medalı var.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: