Zlatko Daliç: “Fransa yığmasının bəxti gətirdi”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç UEFA Millətlər Liqasının 1/4 finalının Fransa yığması ilə cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, evdəki ilk oyunda 2:0 hesablı qələbə qazanmış “dama-damalar” səfərdə eyni hesabla məğlub olaraq, penaltilər silsiləsinə sürükləniblər və burada “xoruzlar”a məğlub olublar – 4:5.

Zlatko Daliç matçdan sonra təşkil olunmuş mətbuat konfransında bəxtsizlikdən şikayətlənib:

“Mən fransızları təbrik edirəm, onlar daha güclü rəqib idilər. Bizim uşaqlar bütünlüklə can qoydular. Üç gündən sonra oyuna qayıdıb köklənmək heç də asan deyildi. Biz müdafiə olunmaq istəmirdik, amma onlar bizi buna məcbur edirdilər. Biz var gücümüzlə mübarizə aparırdıq, güc-qüvvəmizi mütləq surətdə ortaya qoyurduq, penaltilər silsiləsinə daşındıq, amma bu mərhələdə bəxtimiz gətirmədi”, – UEFA-nın rəsmi saytı xorvat mütəxəssisdən sitat gətirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: