“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe Çempionlar Liqasında keçmiş klubu PSJ ilə mümkün görüş haqda sualı cavablayıb.
Arena.az “Le Parisien” dərgisinə istinadən, fransalı ulduzun müvaiq cavabını təqdim edir:
– “Real” Çempionlar Liqasının elə, PSJ-nin yer aldığı budağında yer alıb. Siz onlarla yarımfinalda görüşmək istəyərdinizmi və ya siz müvafiq gedişatdan qaçmağa üstünlük verərdiniz?
– Bu haqda düşünmək ən pis səhv olaradı. Müvafiq mənzərə mənə ötən ili xatırladır, hansı ki, hamı hər şeyiin öncədən həllii tapdığını, finalda PSJ və “Real”ın olacağını düşünürdü. Ancaq PSJ finala çıxmadı. Ona görə də mən “Arsenal” haqda düşünürəm, hansı ki, yarışın çərək fialında bizim rəqibimiz olacaq, bir də öz komandam Madrid “Real”ı haqda.
Biz bütün yarışlarda iştirak edirik. Bizim, mövsümün sonunda nəhəng uğura müvəffəq olmaq imkanımız var. Bizim bütün güc-qüvvəmiz qarşıdakı oyunlara yönəlməlidir. Müvafiq qəbildən təxminləri isə biz geniş ictimaliyyətin ixtiyarına buraxmalıyıq, o adamların ki, mövzuya dair müzakirə aparmaq və ehtikarlıq etmək imkanları var. Bizim isə buna vaxtımız yoxdur.
Mbappe həmçinin PSJ-nin doğma meydanı, Parisin “Pakr de Prens” stadionuna çıxmağa hazır olub-olmadığı ilə bağlı sualı cavablayıb:
“Mənim üçün Parisdə necə qarşılanacağım vecimə də deyil”, – ESPN şəbəkəsi Mbappedən sitat gətirir.
Xatırladaq ki, Çempionar Liqasının 1/4 final mərhələsində “Real” “Arsenal”la, PSJ isə “Aston Villa” ilə qarşılaşacaq.


