Emiliano Martines: “Millidə gənclərə yer açmaq lazımdır”

“Aston Villa”nın və Argentina yığmasının əsas qapıçısı Emiliano Martines milli komandadakı karyerasını bitirəcəyi şərti açıqlayıb.

Arena.az “Bplay” dərgisinə istinadən, argentinalı qapıçının müvafiq açıqlamasını təqdim edir:

“Əgər biz iki dünya çempionatında ardıcıl qalibiyyət qazansaq, onda hər şey bitəcək, mən milli komandadan gedəcəyəm. Gənc oyunçular üçün yer azad etmək gərəkdir.

Müvafiq hiss bir daha təkrarlanmayacaq. Biz hamımız Argentina yığmasının dünya çempionatını necə qazandığını görmüşük. Mən bunu əvvəllər görməmişəm. Amma yeddi yaşlı uşaq bu duyğudan xəbərdardır, çünki bunu yaşayıb. Biz dünya çempionatında qələbəyə şad olacağıq, amma əvvəlki kimi yox”, deyə Martines vurğulayıb.

Emiliano Martines 2021-ci ilin iyun ayında debüt etdiyi Argentina yığmasının heyətində 51 oyuna çıxıb, 22 qol buraxıb, 36 görüşdən isə “quru” qurtulub.

Martines “albiseleste” ilə 2022-ci il dünya çempionatının, həmçinin iki dəfə Amerika Kubokunun (2021 və 2024) və Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun (2022) qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı argentinalı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: