Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Rizəspor” – “Sivasspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Başakşəhər” doğma meydanda “Konyaspor”a tək qolla qalib gəlib. Üç qolun qeydə alındığı “Antalyaspor” – “Samsunspor” matçında da meydan sahibləri çətin qələbəyə seviniblər.
Turun qalan görüşləri aprelin 6-da və 7-də keçiriləcək.
Türkiyə, Super Liqa
30-cu tur
4 aprel
Adana Dəmirspor – Kayserispor 0:2
Qollar: K.Yılmaz, 10. Bahoken, 52.
5 aprel
Rizəspor – Sivasspor 1:1
Qollar: B.Özcan, 70-pen – V.Şimiç, 84.
Başakşəhər – Konyaspor 1:0
Qol: Pyontek, 71-pen.
Antalyaspor – Samsunspor 2:1
Qollar: S.Dikmen, 45. Qaiç, 84 – Z.Yavru, 52.
6 aprel
14:30. Alanyaspor – Bodrumspor
17:00. Hatayspor – Eyüpspor
20:00. Fənərbağça – Trabzonspor
7 aprel
21:00. Göztəpə – Qaziantep
21:00. Kasımpaşa – Beşiktaş


