Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 31-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Samsunspor” lider “Qalatasaray”la üz-üzə gəlib. İstanbul təmsilçisi səfərdən inamlı qələbə ilə qayıdıb.
31-ci turun qalan görüşləri 12-14 aprel aralığında keçiriləcək.
Türkiyə, Super Liqa
31-ci tur
11 aprel
Samsunspor – Qalatasaray 0:2
Qollar: Y.Akgün, 14. Osimhen, 46.
12 aprel
17:00. Konyaspor – Göztəpə
20:00. Beşiktaş – Başakşəhər
20:00. Bodrumspor – Antalyaspor
13 aprel
17:00. Qaziantep – Hatayspor
17:00. Kayserispor – Kasımpaşa
20:00. Sivasspor – Fənərbağça
20:00. Trabzonspor – Rizəspor
14 aprel
21:00. Eyüpspor – Adana Dəmirspor


