Mbappe: “Real”a keçməzdən yaxşı təkliflərim vardı”

Madrid “Real”ının fransalı ulduz hücumçusu Kilian Mbappe İspaniya klubuna qoşulmazdan əvvəl yaşadıqlarını xatırlayıb.

Arena.az xəbər verir ki, o, həmin günə qədər başqa klubların maraq dairəsində olduğunu da bildirib:

“Yaxşı təkliflərim vardı, amma mən yalnız “Real” haqda düşünürdüm. Mən dövrümü məhz burada müəyyənləşdirmək istəyirəm”, deyə Mbappe vurğulayıb.

“Real”ın 32 yaşlı almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiger də “qaymaqlılar”ın heyətində ən yaxşı oyunu ilə bağlı sualı cavablayıb. Rüdigerin müvafiq cavabını təqdim edirik:

“Real”da ən yaxşı oyunum? Mən “Real”da çox oyun keçirmişəm, amma mənim Erlinq Halanda qarşı oynadığım “Mançester Siti” ilə oyun (2022/2023-cü illər mövsümündə – redaktorun qeydi) hər şeyi dəyişdi”, deyə Rüdiger vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: