Libertadores Kubokunun qrup mərhələsinin “Kolo-Kolo” – “Fortaleza” oyunu ərəfəsində iki azarkeş həyatını itirib.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, yerli çilili azarkeşlərdən ibarət bir dəstə oyuna biletsiz baxmaq məqsədilə stadiona soxulmaq qərarına gəliblər ki, bu da polis müdaxiləsi ilə nəticələnib və iki azakeş ölüb.
Polis azarkeşlərin oyuna qanunsuz baxmaq imkanını önləmək məqsədilə kütləni dağıtmağı qərara alıb. Amma vəziyyət asayiş keşikçilərinin nəzarətindən çıxıb, nəticədə stadionun girişində basırıq yaranıb və bu, iki azarkeşin sıxılaraq ölməsi ilə nəticələnib.
Bu hadisədən bir saat sonra oyun başlayıb. Amma stadiondakı azarkeşlər baş vermiş hadisədən tədricən xəbər tutublar. İkinci hissənin ortasında bir neçə azarkeş qaçıb meydana çıxaraq, etiraz səslərini ucaldıb.
Cənubiamerikan kütləvi informasiya vasitələri vurğulayırlar ki, azarkeşlər bu addımı iki azarkeşin ölümü mənzərəsində oyunun keçirilməsinə etiraz məqsədilə atıblar.
Həmin azarkşelərin meydana çıxması ilə təşkilatçılar mümkün qarşıdurmanı önləmək üçün oyunun ləğv edildiyini stadiona bəyan ediblər. Buna rəğmən, stadionda kənarda polislə oyuna düşə bilməmiş azarkeş dəstələri arasında münaqişə davam edib. Təfərrüat açıqlanmasa da, zərərçəkmişlərin və həbs edilmişlərin olduğu vurğulanır.


