Ter Ştegen Lamin Yamal və Linoel Messiyə qiymət verdi

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komanda yoldaşı, “blauqrana”nın cinah hücumçusu Lamin Yamal haqda qənaətini açıqlayıb.

Arena.az 32 yaşlı alman qapıçının müvafiq qənaətini təqdim edir:

“Yamalın futbolda qarşıda hələ çox illəri var, amma o, bu yaşında təsirini anlamadığı çox şeylər edə bilər. Tədricən o, özünün yeni tələblərini kəşf edəcək və işlə zövq arasındakı tarazlığı tapmalıdır. O, özünü həmçinin yaxşı adamlarla əhatə etməlidir”, deyə Ter Ştegen vurğulayıb.

Almaniyalı qolkiper “İnter Mayami”nin 37 yaşlı argentinalı ulduz hücumçusu Lionel Messi haqda da qənaətini açıqlayıb:

“Messi – fantastik oyunçudur. O, müəyyənliklə taixdə ən yaxşıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: