Kilian Mbappe “Qızıl buts”u qazandı

“Real”ın 26 yaşlı fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe 2024/2025-ci illər mövsümünün “Qızıl buts” mükafatını qazanıb.

Arena.az məlumat verir ki, Mbappe 31 qolla İspaniya La Liqasının ən sərrast qolçusu olub.

Balların hesaba alınması üzrə ümimilikdə 62 bal toplamış Mbappe Poruqaliya Premyer Liqasında 39 qol vurmuş, Lissabon “Sportinq”inin 26 yaşlı isveçli mərkəz hücumçusu Viktor Dyökereşi (58,5 bal) qabaqlayıb.

Xatırladaq ki, Avropanın böyük futbol beşliyi ölkələrinin (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) milli birincilikləri üçün əmsal balı 2 bal, digər ölkələrin milli birincilikləri üçün isə 1,5 baldır.

2024/2025-ci illər mövsümünün “Qızıl buts” mükafatı uğurunda mübarizdə ən sərrast qolçularının beşliyini təqdim edirik:

  1. Kilian Mbappe (“Real”) – 31 qol (62 bal);
  2. Viktor Dyökereş (“Sportinq”, Lissabon) – 39 qol (58,5 bal);
  3. Məhəmməd Salah (“Liverpul”) – 29 qol (58 bal);
  4. Robert Levandovski (“Barselona”) – 27 qol (54 bal);
  5. Harri Keyn (“Bayern”) – 26 qol ( 52 bal).
Xəbəri sosial şəbəkələrdə paylaş: