Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” almaniyalı sol vingeri Leroy Mikels ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 29 yaşlı futbolçu ilə başa çatmış müqavilənin müddəti uzadılmayıb. Klub Mikelsə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Leroy Mikels bölgə təmsilçisinə ötən ilin yayında transfer olunmuşdu. O, “Şamaxı”nın heyətində 24 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Leroy Mikels Mönhenqladbax “Borussiya”sının yetirməsidir. Hücumçu karyerası ərzində “Duysburq”, “Oberhauzen”, “Monheym”, “Türkgücü”, “Spartak” (Varna), “Alemanniya”, “Sankt Pauli”, “Əl-Taraci” kimi klublarda da forma geyinib.
“Şamaxı” Mikelsdən öncə fransalı yarımmüdafiəçisi Brahim Konate ilə də yollarını ayırdığını açıqlamışdı.


