Luis Suares və Lionel Messi yeni klub təsis etdilər

“İnter Mayami”nin ulduzları – 38 yaşlı uruqvaylı hücumçu Luis Suares və 37 yaşlı argentinalı hücumçu Lionel Messi yeni klub təsis ediblər.

Arena.az məlumat verir ki, bu barədə Suares özünün rəsmi “X” sosial şəbəkə hesabı üzərindən məlumat verib.

Klubun əsas sahibi Luis Suaresin özüdür. Lionel Messi isə bu işdə uruqvaylı futbolçunun iş ortağı olacaq. “Deportivo LSM” adını daşıyacaq klub Uruqvayın futbol üzrə dördüncü dəstəsində çıxış edəcək və tərəqqiyə çalışacaq. Klubun adındakı LSM ixtisarı isə hər iki futbolçunun ad və soyadlarından törəmədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: