Dembele: “Mbappe ilə PSJ daha güclü olardı”

PSJ-nin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele maraqlı açıqlaması ilə futbol ictimaiyyətinin diqqət çəkib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Dembele PSJ-nin Paris klubunun keçmiş futbolçusu, hazırda “Real”da çıxış edən 26 yaşlı fransalı ulduz hücumçu Kilian Mbappe ilə daha güclü ola biləcəyi haqda qənaətini açıqlayıb:

“Ola bilsin ki, Kilian Mbappe ilə biz daha da güclü olardıq. Nə baş verə biləcəyi məlum deyil. Mbappenin arzusu vardı – “Real”da oynamaq. PSJ isə öz yoluna davam etdi. Ortada Mbappe “ilə” və “sonra” gerçəyi var. Biz ona ən yaxşısını diləyirik, amma özümüzə və mövsümə köklənmişik”, deyə Dembele vurğulayıb.

Xatırladaq ki, ötən ilin yayında azad agent qismində “Real”a keçmiş Mbappe üçün 2024/2025-ci illər mövsümü tramvay altından çıxımış “əzik-üzük” “3” qiyməti ilə qiymətləndirilə bilərsə, PSJ, klub tarixinin ən uğurlu dövrünü yaşayır. Fransa nəhəngi cari mövsümdə bütün qənimətləri – Fransa çempionluğunu, Fransa Kubokunu və Fransa Kubokunu qazanıb. Paris klubu həmçinin Çempionlar Liqasının finalına yüksəlib və həlledici oyunda bu gün, mayın 31-də Münhenin “Arena Münhen” stasionunda İtaliya nəhəngi “İnter”lə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: