Alfons Mabula Msanqa Tanzaniya millisinə dəvət aldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın futbolçusu Alfons Mabula Msanqa Tanzaniya millisinə dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 21 yaşlı müdafiəçi yığma komandanın iyunun 6-da Cənubi Afrika Respublikası millisi ilə keçirəcəyi yoxlama oyununda meydana çıxa bilər.

Tanzaniya millisi iyunun 3-dən 15-nə qədər Cənubi Afrika Respublikasında baş tutacaq “COSAFA Kuboku”nda iştirak edəcək.

Alfons Mabula Msanqa “Alyans” klubunun yetirməsidir. O, 2022-ci ilin fevralında Serbiyanın “Spartak” klubuna cəlb olunub. Serbiyada “Novi Sad”da da icarədə olan Msanqa 2024-cü ilin iyulunda “Spartak”dan ayrılandan “Şamaxı”ya keçənə kimi işsiz olub. Azərbaycana klubu müdafiəçini 2025-ci ilin yanvarında azad agent kimi heyətinə qatıb. Bu yay isə onunla yeni 1 illik müqavilə imzalanıb. Gənc futbolçu Azərbaycan klubunun heyətində 17 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb.

Yarımmüdafiəçi daha öncə Tanzaniyanın U-17 yığmasında oynasa da, sonradan millilərə cəlb olunmamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: