Azərbaycan Kubokunun 2024/2025-ci il mövsümünü qalib başa vuran “Sabah” tarixində ilk dəfə Avropa Liqasında iştirak edəcək.
Arena.az xəbər verir ki, artıq bu komandanın Avropa Liqasının 2025/2026-cı illər mövsümünün birinci təsnifat mərhələsindəki potensial rəqibləri bəllidir.
“Sabah” bu mərhələdə aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:
“Şaxtyor” (Donetsk, Ukrayna)
“Legiya” (Polşa)
“Partizan” (Serbiya)
“Şerif” (Tiraspol, Moldova)
ÇFR (Kluj, Rumıniya)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Çelye” (Sloveniya)
“Spartak” (Trnava, Slovakiya)
Xatırladaq ki, Avropa Liqasında yeni mövsümün birinci təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Bu mərhələnin ilk oyunları iyulun 10-da, cavab görüşləri isə ayın 17-də keçiriləcək.


