“Barselona”nın 18 yaşlı ispan mərkəz müdafiəçisi Pau Kubarsi ali məktəbə daxil olmaq məqsədilə imtahanlara hazırlaşır.
Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.
Əlavə edək ki, Kubarsi universitetə daxil olmaq üçün imtahanlara İspaniya yığmasının düşərgəsində – UEFA Millətlər Liqasının Fransa yığması ilə yarımfinal oyununa çağırış aldığı bir vaxtda hazırlaşır.
İmtahanlar iyun ayının 11-dən 13-nə qədər müddəti əhatə edəcək.
Bildirilir ki, yeniyetmə futbolçu orta məktəbin buraxılış imtahanlarını müvəffəqiyyətlə verib. Pau bu imtahanlardan “Barselona” ilə UEFA Çempionlar Liqasında iştirak zamanı keçib.
Xatırladaq ki, İspaniya – Fransa oyunu sabah, iyunun 5-də Ştutqartın “Ştutqart Arena” stadiinunda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


