“Turan Tovuz” Ankarada ilk məşqinə çıxdı

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə hazırlaşan “Turan Tovuz” Türkiyədəki təlim-məşq toplanışında ilk məşqinə çıxıb.

Arena.az xəbər verir ki, komanda hazırlığın ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində məskunlaşıb.

Tovuz təmsilçisi iyulun 19-na qədər məşqlərini burada davam etdirəcək.

Qeyd edək ki, Türkiyə toplanışının növbəti mərhələsi 24 iyul – 6 avqust tarixləri arasında Boluda olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: