Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Zirə” – “Hayduk” oyununun hakimləri müəyyənləşib.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Azərbaycan və Xorvatiya klubları arasında Bakıda keçiriləcək ilk matçda ədaləti Yunanıstandan olan hakimlər briqadası qoruyacaq. Qarşılaşmanın baş hakimi Xristos Vargetis olacaq. Ona Andreas Fotopulos və Konstantinos Staykos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.
Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk qarşılaşma iyulun 23-də Bakıda təşkil olunacaq. Cavab görüşü isə bu ayın 31-də Splitdə baş tutacaq.


