“Kəpəz”in sağ cinah müdafiəçisi Ehtiram Şahverdiyev 2026/2026 mövsümündə də Gəncə klubunun uğurları üçün çalışmağa davam edəcək.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 28 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb. Onun əvvəlki sözləşməsinin müddəti bu yay bitmişdi.
Ehtiram Şahverdiyev 2023-cü ilin iyul ayında “Turan Tovuz”dan “Kəpəz” gəlib. Müdafiəçi Gəncə təmsilçisinin heyətində indiyə qədər 71 oyun keçirib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Şahverdiyev daha öncə “Turan Tovuz”, “Sumqayıt” və “Qəbələ”də oynayıb. O, Azərbaycanın U-21 yığmasında da forma geyinib.
Xatırladaq ki, “Kəpəz” daha öncə Mahamadu Ba və Paçu Lira ilə də yeni müqavilə bağlamışdı. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov və Rauf Hüseynli isə Gəncə təmsilçisini tərk ediblər. “Kəpəz” gedənlərin əvəzində Şakir Seyidov, Pedro Qomes və Adama Fofananı heyətinə qatıb.


