UEFA Azərbaycan klublarına 1,3 milyon avro ayırdı

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycanın 9 klubuna ödəniş edib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, 2024/2025-ci illər mövsümü üçün ayrılmış 1 milyon 279 min avro AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Beləliklə, “Neftçi”, “Səbail”, “Qəbələ”, “Sumqayıt”, “Sabah”, “Araz-Naxçıvan”, “Zirə”, “Turan Tovuz” və “Kəpəz” klublarının hər birinə 142 min 111 avro çatıb. Siyahıda “Qarabağ” yer almayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: