Bu gün “Qəbələ”nin azad agent kimi yollarını ayırdığı Abdullahi Şuaybu bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, yeni mövsüm ərəfəsində heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirən “Şamaxı” nigeriyalı hücumçu Abdullahi Şuaybunu heyətinə qatıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Abdullahi Şuaybu 2024-cü ilin yayından “Qəbələ”də çıxış edirdi. 23 yaşlı futbolçu “qırmızı-qaralar”ın heyətində keçirdiyi 29 oyunda 8 qol vurub.
Şuaybu daha öncə Azərbaycanda “Kəpəz”in də formasını geyinib.
“Şamaxı” bu yay Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Henrike Dias Santos, David Santos, Rikardo Apolinario, Bilal İsmayılov və Ravil Qafarovu da heyətinə qatmışdı.
Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov, Vüsal Məsimov və Səbayıl Bağırov da komandanı tərk ediblər.
Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli isə klubla yeni müqaviləyə imza atıblar.


