31 yaşlı braziliyalı sol cinah hücumçusu Vitinyo Səudiyyə Ərəbistanı “Əl-İttifaq”ından azad agent qismində “Korintians”a keçib.
Arena.az bu barədə “Korintians”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər müddəti 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Vitinyo “Botafoqo”nun məzunudur. Futbolçu həmçinin Moskva CSKA-sı, “İnternasyonal” (icarə), “Flamenqo”, “Əl-İttifaq” və Ər-Riyad “Əş-Şəbab”ında (icarə) çıxış edib.
Geridə qalmış mövsümdə Vitinyo “Əl-İttifaq” üçün 33 oyuna 7 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Vitinyo Braziliyanın U-23 komandasına cəlb edilib, əsas komandaya isə çağırış almayıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı sol cinah hücumçusunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.


