Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın dayaq yarımmüdafiəçisi Zinəddin Uld Xaled əməliyyat olunub.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Fransalı futbolçu ayağın beşinci daraq sümüyünün jones tip 2 qırığı əməliyyatına məruz qalıb. Bakıdakı klinikalardan birində baş tutmuş əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.
Xatırladaq ki, Zinədin Uld Xaled bu yay Fransanın “Anje” klubundan “Sabah”a keçib. 25 yaşlı yarımmüdafiəçi Azərbaycan klubu ilə 2 illik müqavilə imzalayıb.
Zinədin Uld Xaled Fransanın “Anje” klubunun yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib. O, “Anje”nin əsas komandasında 46 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.
“Sabah”da isə Uld Xaled 7 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


