Premyer Liqa: “Turan” “Kəpəz”ə, “Sabah” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Öncə, “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək. Tovuzlular məlum səbəblərdən Gəncə təmsilçisi ilə də Bakıdakı “Azərsun Arena”da üz-üzə gələcəklər. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq.

Turun qapanış matçında isə “Sabah” “Sumqayıt”la qarşılaşacaq. Əliyar Ağayevin idarə edəcəyi görüş “Masazır Arena”da baş tutacaq.

Premyer Liqa
6-cı tur

26 sentyabr

“İmişli” – “Zirə” 1:1
Qollar: Dioqo Rollo, 26 – Davit Volkov, 80.
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 15:30.

“Qarabağ” – “Qəbələ” 2:0
Qollar: Abdullah Zubir, 16. Musa Qurbanlı, 90+3.
Hakimlər: Rauf Cabbarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
Bakı. “Azərsun Arena”. 19:00.

27 sentyabr

“Şamaxı” – “Araz-Naxçıvan” 1:1
Qollar: Rüft Abbasov, 28 – Çarlz Boli, 73.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Şamaxı şəhər stadionu. 15:30.

“Neftçi” – “Karvan” 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
Bakı. “Neftçi Arena”. 19:00.

28 sentyabr

16:30. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
Bakı. “Azərsun Arena”.

19:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ramil Diniyev.
“Masazır Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: